Daxili Qoşunların komandanı Qubada yerləşən hərbi hissədə olub - FOTO

Daxili Qoşunların komandanı Qubada yerləşən hərbi hissədə olub - <span style="color: red;">FOTO
# 25 yanvar 2014 11:37 (UTC +04:00)

Bakı – APA. 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədilə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov yanvarın 25-də qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsində olub. Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcud vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirib.

Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyəti təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub, hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanıb. O, nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına baxış keçirərək, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıq verib.

Sonra general-mayor Ş. Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə çatdırılıb.

Daha sonra Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüş keçirib, onların fərdi qaydada müraciətlərini dinləyib. Bir sıra məsələlərin yerindəcə həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, general-mayor Ş.Məmmədov Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq keçən həftə Zaqataladakı “N” saylı hərbi hissədən başlayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR