Türkiyənin “Sabah” qəzeti və ATV telekanalı “Kalyon İnşaat”a satılıb

Türkiyənin “Sabah” qəzeti və ATV telekanalı “Kalyon İnşaat”a satılıb
# 20 dekabr 2013 12:46 (UTC +04:00)

Bakı - APA. Türkiyənin “Sabah” qəzeti və ATV telekanalı “Kalyon İnşaat”a satılıb. APA-nın xəbərinə görə, Türkiyə Rəqabət Qurulu bununla bağlı alqı-satqı prosesinin həyata keçirilməsinə icazə verib.

2008-ci ildən bu media orqanlarının sahibi “Çalık Qrupu” olub. “Kalyon İnşaat” “Sabah” və ATV-yə sahibliyini “Zirve Holding” adına rəsmiləşdirib. Bu holdinq cari ilin 23 avqustunda təsis olunub.

1974-cü ildə Qaziantepdə qurulan “Kalyon İnşaat” bir çox səs-küylü infrastruktur layihələrinə imza atıb. Şirkətin sonuncu məşhur işi İstanbulda üçüncü hava limanı layihəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR