Azərbaycanda avtomobil 200 metr hündürlükdən dərəyə yuvarlanıb, iki nəfər ölüb - FOTO - VİDEO

Azərbaycanda avtomobil 200 metr hündürlükdən dərəyə yuvarlanıb, iki nəfər ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 noyabr 2013 10:30 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Udlu dağında qeydə alınıb. Udlu kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Vüsal Qəmbər oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 24 BA 248 dövlət nömrə nişanlı avtomobil təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb.

Nəticədə maşında olan sərnişinlər, Udlu kənd sakinləri - 1990-cı il təvəllüdlü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu və 1971-ci il təvəllüdlü Məlikov Oqtay Gülağa oğlu hadisə yerindəcə keçiniblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR