İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub

İranın Şərqi Azərbaycan vilayətində zəlzələ olub
# 07 dekabr 2013 09:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu gün səhər saatlarında İranın Şərqi Azərbaycan vilayətində zəlzələ baş verib. APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərinə təsadüf edib. 2.3 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə saat 06:53-də (Tehran vaxtı ilə 06:23-də) yerin 4 km dərinliyində meydana gəlib. Təbii fəlakət Vərziqandan 14 km, Xacədən 27 km və Əhərdən 35 km uzaqlıqda qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 6-da İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan şəhərində 1.5 və 1.6 bal gücündə iki zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR