Belarusun ağır texnika istehsalçısı Azərbaycanda törəmə şirkət yaradıb

Belarusun ağır texnika istehsalçısı Azərbaycanda törəmə şirkət yaradıb
# 09 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Belarusun «Amkodor» holdinqi Azərbaycanda törəmə şirkətini təsis edib.

APA-nın «BelTA» agentliyinə istinadən verdiyi məlumata görə, «Amkodor Bakı» MMC adlanan bu şirkət regionda öz məhsullarının tanıdılması, məhsulları üçün zəmanət və servis xidmətləri, ehtiyat hissələrinin satılması ilə məşğul olacaq.


Şirkətin mətbuat xidmətindən bildirilib ki, distribütorluq funksiyasını yerinə yetirəcək yeni şirkətin əsas vəzifəsi Azərbaycan istehlakçılarının holdinqin məhsullarının geniş spektri ilə tanış etməkdir.


Qeyd edək ki, «Amkodor» holdinqinin məhsulları Azərbaycanda geniş istifadə olunur. Bu yaxınlarda holdinq «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin 88 yükləyici ekskavatorun alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR