“Akkord” Albaniyada qaz kəməri tikəcək

“Akkord” Albaniyada qaz kəməri tikəcək
# 23 aprel 2014 08:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası neft-qaz boru xətlərinin tikintisində iştirakını özünə bir məqsəd olaraq qoyub.

APA-Economics”in məlumata görə, bunu bu gün keçirilən I Xəzər Enerji Forumunda “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının baş direktoru Göksel Aybek deyib.

Onun sözlərinə görə, Trans-Anadolu (TANAP) əsas boru kəmərinin tikintisində iştirak edəcək 15 şirkətdən biri və yeganə Azərbaycan şirkəti “Akkord” olub: “Bu bizim uğurlarımızdan biridir və bununla qürur duyuruq. Bu ildən başlayaraq “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası Albaniyada qaz boru kəmərinin tikintisini həyata keçirəcək”.

G. Aybek həmçinin bildirib ki, şirkət xarici ölkələrdə də investisiya yatırımlarını həyata keçirir. Şirkət Özbəkistanda Şimkənd - Daşkənd yolunun tikintisinin tenderinin qazanıb. Gələn ildən etibarən şirkətimiz burada yolun tikintisinə başlayıb. Bu günə qədər şirkət xarici ölkələrdə 1000 kilometrdən artıq yol çəkib və bu ölkələrdə 1,7 mlrd. dollar vəsait yatırıb.

Şirkət rəsmisi deyir ki, bundan başqa, Türkiyənin Kutahya şəhərində də böyük tikinti işlərinə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR