Azərbaycanda ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzi yaradılacaq

Azərbaycanda ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzi yaradılacaq
# 01 aprel 2014 12:28 (UTC +04:00)

Assosiasiyadan «APA-Economics»ə verilən məlumata görə, ASA-nın sədri Orxan Bayramov bildirib ki, iclasda Azərbaycanda ilk dəfə olaraq sığorta təlim-tədris mərkəzinin, agentlərin keyfiyyət reyestrinin, katastrofik risklərlə bağlı hovuzun yaradılması, həmçinin qanunvericilikdə əhalini və şirkətləri narahat edən məsələlərlə bağlı bəzi texniki dəyişikliklər müzakirə olunub.

Təlim-tədris mərkəzinin Assosiasiyanın nəzdində yaradılması nəzərdə tutulur. Sığorta agentlərinin keyfiyyət reyestrinin yaradılması məsələsi ətrafında da müzakirələr keçirilib. O.Bayramov bildirib ki, burada əsas məqsəd yaxşı və pis agentlərin müəyyən edilməsidir: “Əgər agent qəsdən mənfi hallara yol verirsə, bazar iştirakçıları bunu bilməli və həmin agenti tanımalıdırlar. Katastrofik risklərlə bağlı məsələ də geniş müzakirə olunub. Burada qanunvericiliyə ediləcək vacib dəyişikliklərdən söhbət gedir. Qanunvericiliyə bütün tərəfləri qane edən texniki dəyişikliklərin edilməsi təklif olunur. Bununla bağlı təkliflər toplanıb ümumiləşdiriləcək və Maliyyə Nazirliyinə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR