Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoruna Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib - FOTOSESSİYA

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoruna Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2014 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarriyə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının fəxri doktoru adı verilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən akademiyanın rektoru Urxan Ələkbərov deyib ki, F. Qarri ikinci dəfə ÜƏMT sədri seçiləndən sonra ilk səfəri məhz Azərbaycana edib və bu da ÜƏMT-nin Azərbaycana diqqətinin göstəricisidir.

Daha sonra Dövlət İdarəçilik Təşkilatının Elmi Şurasının F. Qarriyə Akademiyanın fəxri doktoru adının verilməsi barədə qərar oxunub. F. Qarriyə diplom və xüsusi geyim təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR