Gənclər və idman naziri Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib - FOTO

Gənclər və idman naziri Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 11 mart 2014 09:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, Masallı Gənclər Mərkəzində baş tutan görüşdə 40-dan artıq vətəndaş iştirak edib.

Müraciətlərin 30-dan çoxu idman sahəsində fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri ilə bağlı olub.

10-dan artıq müraciət qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, Gənclər Mərkəzlərinin tikintisi və təmiri istiqamətində olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələləri əhatə edib.

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR