ABŞ və Rusiya İranın “Cenevrə-2” konfransındakı iştirakını müzakirə edəcək

ABŞ və Rusiya İranın “Cenevrə-2” konfransındakı iştirakını müzakirə edəcək
# 06 yanvar 2014 20:40 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin rəsmi nümayəndəsi Farxan Xak bəyan edib.

“ABŞ dövlət katibi Con Kerri və Rusiya XİN başçısı Sergey Lavrov yanvarın 13-də görüşəcəklər. Ümidvarıq ki, İranın konfransda iştirakına dair razılaşma əldə ediləcək”, - deyə F. Xak bildirib.

Onun sözlərinə görə, BMT baş katibi Pan Gi Mun İranın konfransa dəvət edilməsini dəstəkləyir, lakin son qərarı “Cenevrə-2” konfransının təşəbbüskarları olan ABŞ və Rusiya verməlidir.

Suriyadakı vəziyyətə həsr olunmuş beynəlxalq konfrans yanvarın 22-də İsveçrənin Montrö şəhərində başlayacaq. Bir gün sonra isə rəsmi Dəməşq və müxalifət nümayəndələri Cenevrədə beynəlxalq müşahidəçilərin iştirakı ilə münaqişənin nizama salınması yollarını müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR