Miyanə-Ərdəbil-Muğan dəmir yolu xəttinin Azərbaycan dəmir yolu xəttinə birləşdirilməsi planlaşdırılır

Miyanə-Ərdəbil-Muğan dəmir yolu xəttinin Azərbaycan dəmir yolu xəttinə birləşdirilməsi planlaşdırılır
# 03 iyun 2014 16:24 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri İranın Ərdəbil vilayətinin başçısı Məcid Xudabəxş orada səfərdə olan bir qrup azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəmir yolu layihəsinin icrasına bir neçə ildir başlanıb: "Miyanədən Ərdəbil istiqamətində Xalxal tərəfdə çoxlu körpü və tunellər var. Tunellərin uzunluğu cəmi 23 km-dir. Bu səbəbdən iş bir az ləng gedir. İndiyə kimi bu layihənin icrası üçün 300 milyard tümən (117 milyon dollar) investisiya qoyulub. Bu layihə bizim milli layihələrimizdəndir. Layihənin podratçısı hazırda bəllidir. Biz bu layihənin sərmayə yatırmaq yolu ilə icrasını davam etdirməyi planlaşdırırıq".


Onun sözlərinə görə, bir neçə ay ərzində podratçı Miyanədən Ərdəbilə kimi olan hissənin tikintisinə başlayacaq: “Bu hissənin 100 km-i artıq hazırdır. İkinci mərhələdə Ərdəbildən Parsabad şəhərinə kimi olan hissənin tikintisi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR