Somalidə törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər xəsarət alıb

Somalidə törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər xəsarət alıb
# 12 may 2014 21:12 (UTC +04:00)

Bakı – APA. Somalinin Baydoa şəhərində törədilən partlayış nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hədəfdə içində Bay regionunun sabiq qubernatoru olan avtomobil olub.

Sabiq məmurun özünə zərər dəyməyib, ölənlər arasında mühafizəçilər və dinc sakinlərin olduğu bildirilir.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR