Beynəlxalq audit şirkəti “ABB-Moskva”nın 2013-cü il üçün maliyyə hesabatını təsdiqləyib

Beynəlxalq audit şirkəti “ABB-Moskva”nın 2013-cü il üçün maliyyə hesabatını təsdiqləyib
# 08 aprel 2014 13:39 (UTC +04:00)
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat Rusiya mühasibat uçotu standartlarına uyğun tərtib olunub.

Əldə olunmuş hesabatın nəticələri bir daha “ABB-Moskva”-nın müsbət dinamika ilə inkişaf etdiyini təsdiq edib. Belə ki, bank 2013-cü ildə də əsas aparıcı maliyyə göstəricilərini yaxşılaşdırıb.

Belə ki, ötən il bankın aktivləri 2012-ci illə müqayisədə 18,1% və ya 27 845 mln. Rusiya rublu artaraq ötən ilin sonuna 32 882 mln. rubl olub. Bankın Rusiya mühasibat uçotu standartları üzrə məcmu kapitalı ötən il ərzində 24% artaraq 2 425 mln. rubla çatıb.

Hesabat dövrü ərzində bankın xalis mənfəəti 35,3% artaraq 350,4 mln. rubla çatıb.

Bankın hüquqi şəxslər üzrə kredit portfeli 2012-ci illə müqayisədə 10,5% artaraq 19,9 mlrd. rubla çatıb. Hüquqi şəxslərin müştəri hesablarının sayı 2012-ci ildə 4 412 ədəd olduğu halda, hesabat ilində bu rəqəm 4 972 ədədə çatıb.

Maliyyə institutlarından cəlb olunan vəsaitin həcmi 53,6% artaraq, 2013-cü ilin sonuna 13,1 mlrd. rubl təşkil edib. Bu zaman fiziki şəxslərin hesablarındakı vəsaitin həcmi 87,8% artaraq 8,4 mlrd. rubla çatıb.

Həmçinin, “ABB-Moskva” bankı ötən il ümumi dəyəri 130 mln. ABŞ dolları olan sindikatlaşdırılmış kreditin cəlb olunması ilə bağlı müqavilə imzalayıb. Bu kredit 1 il müddətinə verilib və növbəti 1 il müddətinə də uzadıla bilər. Bank həmçinin, ötən il qiymətli kağızlarla bağlı əməliyyatların aparılmasına və bu qiymətli daşların əmanət kimi bankda yerləşdirilməsinə imkan verən Rusiya bankının lisenziyasını əldə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR