Novxanıda azyaşlı hovuza yıxılaraq ölüb

Novxanıda azyaşlı hovuza yıxılaraq ölüb
# 08 may 2014 10:19 (UTC +04:00)

Bakı sakini dəm qazından, Ağcabədi sakini isə sirkə turşusundan zəhərlənərək ölüb

Bakı. Fuad Cəfərov - APA. Ötən gün Azərbaycanda 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 7-də Binəqədi rayon sakini Nahid Namazov dəm qazından zəhərlənərək ölüb.

Mayın 6-da Ağcabədi rayon sakini, ruhi xəstə Hicran Qasımova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 7-də orada dünyasını dəyişib.

Mayın 7-də Abşeron rayonu Novxanı kəndində azyaşlı Mahir Abdullayev yaşadığı evin həyətində ehtiyatsızlıqdan hovuza yıxılaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR