Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin toplantısı keçirilir

Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin toplantısı keçirilir
# 30 noyabr 2013 10:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı keçirilir.

APA-Economics”in məlumatına görə, toplantıda İCARDA Himayədarlar Şurasının üzvləri, Mərkəzi və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatının rəhbərləri, ümumilikdə 30 ölkədən 70-ə yaxın nümayəndə iştirak edir.


Qeyd edək ki, beynəlxalq tədbirdə İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, kənd təsərrüfatı tədqiqatları sahəsində beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişkənliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, növbəti illər üçün İCARDA-nın tədqiqat və investisiya planları və digər məsələlər müzakirə olunacaq.


Beynəlxalq tədbir dekabrın 4-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR