KXCP Müsavat Partiyasının müttəfiqlik təklifinə mənfi cavab verəcək

KXCP Müsavat Partiyasının müttəfiqlik təklifinə mənfi cavab verəcək
# 08 yanvar 2014 09:36 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında DQB-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil söyləyib.

B.Əbil Milli Şuranın taleyinin necə olacağını gözləyəcəklərini bildirib. Onun sözlərinə görə, DQB-nin toplantısında qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələlər də diqqət mərkəzində olacaq.

B.Əbil deyib ki, Müsavat Partiyasının Milli Şuradan çıxmaqla bağlı qərarından sonra KXCP-nin bu partiyanın müttəfiqlik sazişi təklifinə də münasibəti artıq müəyyənləşib. Onun sözlərinə görə, KXCP İdarə Heyətinin gələn həftə keçiriləcək toplantısında Müsavat Partiyasının müttəfiqlik sazişinin imzalanması ilə bağlı təklifinə mənfi cavab veriləcək: “Bizim başqa partiya ilə konkret müttəfiqlik niyyətimiz olmayacaq”.

Qeyd edək ki, DQB-də təmsil olunan KXCP, Açıq Cəmiyyət (Azad Demokratlar) Partiyası və Böyük Azərbaycan Partiyası Milli Şurada da təmsil olunur. DQB-dəki digər partiyalara gəlincə, Liberal Partiyası seçkidən sonra Milli Şuradan çıxıb, Azərbaycan Milli İstiqlal Partiyası, Xalq Azadlıq Partiyası və Demokratik İslam Partiyası isə öncədən Milli Şurada təmsil olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR