İsrafil İsrafilov: “İran teatrının ənənələri ilə dünya hesablaşır”

İsrafil İsrafilov: “İran teatrının ənənələri ilə dünya hesablaşır”
# 22 noyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Akademik Milli Dram Teatrında İran İslam Respublikasının teatr xadimləri ilə birgə mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, mətbuat konfransında İran Teatr İdarəsinin baş müdiri və heyətin rəhbəri Qader Aşna, baş müdirin müavini Mehdi Şafiei, Tehran Şəhər Teatrının direktoru Atabək Naderi iştirak ediblər.

Akademik Milli Dram teatrının direktoru İsrafil İsrafilov bildirib ki, İran teatrları ilə Azərbaycan teatrları arasında əlaqələr mövcuddur: “İran teatrı bu gün dünyada inkişaf etmiş teatrdır və bu ölkənin teatr ənənələri ilə dünya hesablaşır. Biz istərdik ki, İran teatrları ilə əlaqələrimiz möhkəm olsun. Bu əlaqələr dramaturq-pyes mübadilələrindən, teatr tənqidçilərinin dəyirmi masalarının təşkilindən, rejissorların əlaqələri və sairdən ibarət ola bilər”.

İ. İsrafilov əlavə edib ki, mətbuat konfransından sonra qonaqlarla rəsmi danışıqlar aparılacaq və yaradıcılıq əlaqələrinin perspektivləri haqqında müzakirələr olacaq.

İran Teatr İdarəsinin baş müdiri və heyətin rəhbəri Qader Aşna İran teatrları, dövlət-teatr münasibətləri haqqında fikirlərini bildirib: “Bizim Azərbaycanla mədəniyyət, tarix sahəsində əlaqələrimiz var. İstərdik ki, bu əlaqələr daha da inkişaf etsin. Azərbaycan teatrı İranda tanınmış teatrdır. Azərbaycan teatr xadimləri tez-tez Təbrizə, Tehrana, İsfahana səfərlər edirlər. İstərdik ki, bizim bundan sonra on illik müqavilələrimiz olsun, əlaqələrimizin ömrü uzun olsun. Gələcəkdə bizim teatrların qastrol səfərləri olacaq, ustad dərsləri təşkil edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR