Azərbaycanda yeni vaqon istehsalı zavodunun inşası layihəsinin texnik-iqtisadi əsaslandırma sənədləri hazırlanıb

Azərbaycanda yeni vaqon istehsalı zavodunun inşası layihəsinin texnik-iqtisadi əsaslandırma sənədləri hazırlanıb
# 08 yanvar 2014 09:39 (UTC +04:00)

Belə ki, İsveçrənin «Stadler Rail Group» şirkəti ilə Gəncə şəhərində dəmir yolu üçün yataq və oturacaq tipli sərnişin vaqonlarının istehsalı və texniki xidməti məqsədi ilə müştərək müəssisənin yaradılması planlaşdırılır.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, yeni zavodun və sexlərin tikinti, layihə-smeta sənədləri, ilkin istehsal olunacaq sərnişin vaqonlarının daxili və xarici interyeri, dizaynı və texniki şərtlər barədə layihə sənədləri, fotoşəkillər, albomlar artıq hazırlanıb.

Qeyd edək ki, sərnişin vaqonlarının istehsalı zavodu və texniki xidməti müəssisəsinin tikintisi üçün texnik-iqtisadi əsaslandırma sənədləri hazırlanıb və bu istiqamətdə işlər davam etdirilir.

«Stadler Rail Group» şirkəti 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Hazırda 4 500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. «Stadler Rail Group»un istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları 13 ölkədə istismar olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR