ABŞ - Azərbaycan oyununun hakimləri açıqlanıb

ABŞ - Azərbaycan oyununun hakimləri açıqlanıb
# 07 may 2014 09:59 (UTC +04:00)

Bakı – APA. ABŞ və Azərbaycan futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 27-də baş tutacaq matçı kosta-rikalı referi idarə edəcək.

San-Fransisko şəhərindəki "Kandlestik Park" stadionundakı qarşılaşmaya komandaları Henri Bejarano çıxaracaq. Bu matç yerli vaxtla 19:00-da, Bakı vaxtı ilə mayın 28-də saat 07:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR