Misirdə “Müsəlman qardaşlar” hərəkatının 10 liderinə ölüm cəzası verilib

Misirdə “Müsəlman qardaşlar” hərəkatının 10 liderinə ölüm cəzası verilib
# 08 iyun 2014 01:28 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar”ın lideri Məhəmməd Mursi daxil olmaqla hərəkatın daha 38 fəalına hökm iyulda veriləcək.

Məhkum edilmiş şəxslər insanları zorakılığa təhrik etməkdə təqsirli biliniblər.

Bundan əvvəl, bu ilin mayın 21-də “Müsəlman qardaşlar” hərəkatının 155 üzvü müxtəlif müddətli həbs cəzasına məhkum olunub. Belə ki, hərəkatın 54 tərəfdarı ömürlük həbs cəzasına məhkum edilib, qalanları isə 3 ildən 10 ilədək azadlıqdan məhrum ediliblər. Mayın 18-də məhkəmə hərəkatın daha 160 üzvünü müxtəlif müddətə həbs cəzası verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR