Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsinin qalibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 08 may 2014 10:13 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurasının "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin Kütləvi İnformasiya Vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusundakı layihəsi çərçivəsində Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Azərbaycan beynəlxalq münasibətlər sistemində" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, bu, müsabiqənin ikinci mərhələsidir: "Bundan sonra keçiriləcək üçüncü mərhələ daha əsas götürüləcək. Çünki jurnalistlərin xarici dil bilgilərinə üstünlük veriləcək. Üçüncü mərhələdə qalib gələcək jurnalistlər Türkiyə ilə yanaşı, Avropa ölkələrində də müxtəlif qəzetlərdə praktikaya göndəriləcək".

Ə. Amaşov qeyd edib ki, müsabiqəyə 60-a yaxın yazı təqdim olunub: "Həvəsləndirici mükafatların sayı 21-dir. 4 müxtəlif bölgə mətbuatlarından da yazılar göndərilib ki, biz həmin yazıları da təhlil etmişik".

Daha sonra qalib jurnalistlərə mükafatlar təqdim olunub.

Azəri Press Agentliyi (APA) Mətbuat Şurası tərəfindən "Beynəlxalq münasibətlərə dair mövzuları daha fəal işıqlandırdığına görə" diplomla təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR