Mənzilində huşunu itirmiş daha bir paytaxt sakini xilas edilib

Mənzilində huşunu itirmiş daha bir paytaxt sakini xilas edilib
# 05 noyabr 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında Bakının Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin eyvanına qalxaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 22:39-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR