Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Gəncədə vətəndaşlarla görüşəcək

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Gəncədə vətəndaşlarla görüşəcək
# 05 dekabr 2013 11:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncə şəhərində vətəndaşların qəbulunu keçirəcək.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlarla görüş dekabrın 6-da Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin iclas zalında keçiriləcək.

Məlumata görə, qəbulda Gəncə şəhəri ilə yanaşı, Göygöl, Samux, Daşkəsən, Goranboy, Kəlbəcər və Naftalan şəhərlərinin də vətəndaşlarının müraciətlərinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR