Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 16 aprel 2014 19:57 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzildə nəzarətsiz qalan uşaq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 22:07-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR