“Bizdən salam olsun Musa Yaquba” kitabı işıq üzü görüb

“Bizdən salam olsun Musa Yaquba” kitabı işıq üzü görüb
# 01 aprel 2014 16:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Arazlı Özgünün xalq şairi, Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub yaradıcılığına həsr etdiyi “Bizdən salam olsun Musa Yaqub” kitabı çapdan çıxıb.

APA-nın xəbərinə görə, “Təknur” nəşriyyatında, 500 tirajla çap olunan kitaba şairin üç silsilə poeması daxil edilib.

“Aylı bir gecədə yazılan məktub”, “Musa Yaqub, səndən məktub almışam”, “Qırx ildir yol gələn görüş” adlı poemaların hər birində Sabir Arazlı Özgünün Musa Yaqub yaradıcılığına böyük önəm verməsi ilə yanaşı, bu poeziyanın Azərbaycan insanının yaşantılarına, onun Qarabağ həsrətinə necə yanaşmalarına da xüsusi ekskurs edilib. Qaçqınlıq həyatı zamanı S.A.Özgünün Musa Yaqubun doğma yurdu İsmayıllıya gəlib çıxması, burada şairin sıcaq qarşılaması, qayğı ilə yanaşması da yazıların ruhundan xüsusi bir xətt kimi keçir.

Qarabağda - Füzuli bölgəsində doğulub-yaşamış, hazırda Haramı düzündə qaçqınlıq şəraitində yazıb-yaradan şair bununla Qarabağ probleminin ümumazərbaycan problemi olmasını da Azərbaycan oxucusuna çatdıra bilib.

“Bizdən salam olsun Musa Yaquba” kitabının rəyçisi filologiya elmləri namizədi Esmira Fuad, redaktoru Nəzakətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR