Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəranda yol qəzasında 3 nəfər xəsarət alıb
# 06 oktyabr 2013 14:32 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 6-da günorta saatlarında Ələt-Astara magistralının 184-cü kilometrliyində, Lənkəranın Şirinsu kəndi ərazisində qeydə alınıb. Astara istiqamətində hərəkətdə olan Lənkəranın Sütəmurdov kənd sakini, 1973-cü il təvəllüdlü Yalçın Qəribəli oğlu Cəfərovun idarə etdiyi “VAZ-11174” markalı avtomobil Ələt istiqamətində hərəkətdə olan, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Tural Əhmədxan oğlu Qasımovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ-11174”-ün sürücüsü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR