Ukraynada keçmiş sovet ordusuna məxsus “Tu-95MS” bombardmançı təyyarəsi satışa çıxarılıb - FOTO

Ukraynada keçmiş sovet ordusuna məxsus “Tu-95MS” bombardmançı təyyarəsi satışa çıxarılıb - <span style="color: red;">FOTO
# 10 mart 2014 09:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Məşhur “E-bay” internet saytında keçmiş sovet ordusuna məxsus “Tu-95MS” bombardmançı təyyarəsi satışa çıxarılıb. APA-nın məlumatına görə, təyyarə 5 milyon ABŞ dollarına satılır.

Satışla bağlı araşdırma aparan “The Aviationist” nəşri isə yazıb ki, təyyarə Almaniyada və Ukraynada filialları olan bir İsveçrə şirkəti tərəfindən satışa çıxarılıb. NATO kodu “Bear-H” olan “Tu-95MS” bir vaxtlar “Raduqa X-55” qanadlı raketləri ilə təchiz edilib. Təyyarə sifarişçiyə Ukraynanın Nikolayev və ya Odessa hava limanından göndərilə bilər.

Nəşrin məlumatına görə, SSRİ-nin dağılmasından sonra Ukraynaya 23 ədəd “Tu-95MS”, bir ədəd “Tu-95K” və bir ədəd “Tu-95M” təyyarəsi qalıb. Ukraynanın təbii qaza olan borcunun müqabilində 2000-ci ilin fevralında 11 strateji bombardmançı Rusiyaya verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR