Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb

Kolumbiyada helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb
# 12 yanvar 2014 04:40 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın şimal-qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, general Leonardo Pinto açıqlamasında helikopterdə 2 əsgər, polis zabiti, keşiş və pilotun olduğunu bildirib.

Məlumata görə, qəza Boqota şəhərinin yaxınlığındakı Anori kəndi ətrafında baş verib.

Qeyd edək ki, yanvarın 9-da radarlardan itmiş helikopterin bu günədək axtarışı aparılırdı.

Qəzanın səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR