«Günaybank»ın aktivləri son bir ildə 2% artıb

«Günaybank»ın aktivləri son bir ildə 2% artıb
# 03 fevral 2014 08:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Günaybank» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 37,189 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1,6% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 1,0% azalaraq 33,251 mln. manata düşüb. O cümlədən, istehlak kreditlərinin həcmi 1,512 mln. manat təşkil edib ki, bu da 2013-cü il yanvarın 1-nə olan göstəriciyə nisbətən 5,1% azdır.

Bankın depozit portfeli ötən il 9,2% azalaraq 9,338 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 8,608 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 10,0% azdır.


Hesabat ilində bankın məcmu kapitalı 0,6% azalaraq 11,263 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 13,024 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 7,7% artaraq 1 539, o cümlədən fiziki şəxslərin sayı 8,9% artaraq 1 229, hüquqi şəxslərin sayı 4,0% artaraq 310 olub.


Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir. Bankın 39 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR