MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini: “Bütün MDB ölkələri gələcək seçkilərə ATƏT-in dəvət olunması məsələsinə yenidən baxmağı düşünür” - VİDEO

MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini: “Bütün MDB ölkələri gələcək seçkilərə ATƏT-in dəvət olunması məsələsinə yenidən baxmağı düşünür” - <span style="color: red;">VİDEO
# 16 dekabr 2013 09:45 (UTC +04:00)

Bu, artıq bizi ciddi narahat eləməyə başlayıb”. APA-nın məlumatına görə, bunu MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun Azərbaycan parlamentində keçirilən beynəlxalq seminarda deyib. O bildirib ki, başda Rusiya olmaqla, bütün MDB ölkələri gələcək seçkilərə ATƏT-in dəvət olunması məsələsinə yenidən baxmağı düşünür: “Çünki ATƏT MDB məkanına çatarkən bütün demokratik prinsiplərdən uzaqlaşır, ikili standartlarla oynamağa başlayır. Son illər də sübut edir ki, bir çox hallarda ATƏT MDB məkanında keçirilən seçkilərə qərəzli yanaşır və seçkilərin beynəlxalq standartlara uyğun olmadığını bəyan edir. Biz dəfələrlə qərbli tərəfdaşlarımıza bildirmişik ki, dedikləri beynəlxalq standartların vahid forması müəyyən edilməlidir. Yalnız bundan sonra seçkilərin həmin formaya uyğun olub-olmadığını söyləmək mümkündür. Amma onlar yenə də fərqli heç nə nümayiş etdirmirlər".

MDB məkanında keçirilən seçkiləri demokratik şəraitdə baş tutduğunu deyən V. Qarkun bildirib ki, buna rəğmən seçki qanunvericiliyi bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR