Milli Məclisdə Oqtay Əsədovla Fazil Mustafa arasında mübahisə olub - YENİLƏNİB

Milli Məclisdə Oqtay Əsədovla Fazil Mustafa arasında mübahisə olub - <span style="color: red;">YENİLƏNİB
# 03 dekabr 2013 11:08 (UTC +04:00)

APA-nın məlumatına görə, çıxış üçün söz alan deputat Fazil Mustafa “deyəsən, mən çıxışa yazılmayanda müzakirələri kəsirsiniz” deməklə sözə başlayıb.

Spiker onun sözünü kəsərək xəbərdarlıq edib: “Fazil Mustafa, bu nə danışıqdır? Deməli, sən özünə yüksək qiymət verirsən, amma həmkarlarını aşağılayırsan? Danışıq və ifadələrinizə diqqət edin!”

Daha sonra çıxışını davam edən F.Mustafa bildirib ki, bu özündənrazılıq deyil, zarafat idi: “Sizə də kobudluq etməməyi tövsiyə edirəm”.

Spikerin ona cavabı isə sərt olub: “Sən nə danışırsan?! Mənim səninlə zarafatım var?! Sözlərinə fikir ver!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR