ABŞ dövlət katibi ilin sonunda Ermənistana səfər edəcək

ABŞ dövlət katibi ilin sonunda Ermənistana səfər edəcək
# 04 mart 2014 15:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu “Armenpress”ə açıqlamasında ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.

C.Kerrinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı İrəvana səfər etmək istəyini açıqladığını deyən amerikalı diplomat səfərin bu ilin sonunda baş tutacağına ümidvar olduğunu bildirib.

C.Heffern qeyd edib ki, hazırkı mərhələdə səfərin detalları məlum deyil. Təkcə o məlumdur ki, Kerri Ermənistana regional səfər çərçivəsində baş çəkəcək.

C.Heffern onu da əlavə edib ki, ABŞ dövlət katibi Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR