FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 25 yanvar 2014 03:47 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşlara məxsus birmərtəbəli ümumi sahəsi 220 kv.m olan 3 evdə yanğın hadisəsi baş verib.

İkiotaqlı evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə, dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və üçotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Bitişik evlərin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR