İcra Hakimiyyətinin sabiq əməkdaşına hökm oxunub

İcra Hakimiyyətinin sabiq əməkdaşına hökm oxunub
# 07 aprel 2014 14:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi vahidliyi üzrə sabiq nümayəndəsi Nazim Dadaşovun məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. Dadaşov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, N. Dadaşov torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinə 2010-cu il tarixli sənəd verilməsi müqabilində vətəndaşdan rüşvət alarkən həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR