Sergey Lebedev: “Seçkilərə hazırlıq çox yüksək səviyyədədir”

Sergey Lebedev: “Seçkilərə hazırlıq çox yüksək səviyyədədir”
# 07 oktyabr 2013 13:24 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. “MDB müşahidə missiyasının 300-ə yaxın üzvü Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcəklər”. Müstəqil Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, bunu jurnalistlərə MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib. O bildirib ki, MDB müşahidə missiyasının 20 üzvü bu dövr ərzində paytaxt Bakıda və Azərbaycanın regionlarında olub, əlaqədar qurumların rəhbərləri və məsul şəxsləri ilə görüşüb, seçkilərə hazırlığın vəziyyətini öyrəniblər.

S. Lebedev bəyan edib ki, seçkilərə hazırlıq çox yüksək səviyyədədir: “Azərbaycan hökuməti bu seçkilərə ciddi hazırlaşıb. Prezidentliyə qeydə alınan 10 namizədə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılıb. Seçki məntəqələri səsverməyə tam hazırdır. Bir sözlə, seçkilərlə əlaqədar çox obyektiv mənzərə yaranıb. Biz bu şəraitdən çox şadıq və əminliklə deyə bilərik ki, bütün bu və digər amillər seçkilərin tam azad, demokratik, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradıb. Əminik ki, seçkilər yüksək səviyyədə başa çatacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR