İran və Misir xarici işlər nazirləri arasında telefon danışığı olub

 İran və Misir xarici işlər nazirləri arasında telefon danışığı olub
# 23 iyul 2013 11:50 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran və Misir xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, görüşdə regionda baş verən proseslər əsas müzakirə mövzusu olub.

Əli Əkbər Salehi bildirib ki, Misir xalqı öz siyasi iradəsi və sağlam fikri ilə üzləşdiyi böhrandan çıxacaq: “Biz bölgədə mühüm mövqeyə malik olan Misirin bütün siyasi qüvvələrinin birlikdə ölkənin birliyi, bərabərliyi və vəhdəti üçün addım atacaqlarına ümid edirik”. Onun sözlərinə görə, hər iki ölkə ən qısa zamanda Fələstin və Suriya kimi bölgənin əsas məsələlərinə diqqət yönəltməli və görüşməlidirlər.

Nəbil Fəhmi isə öz növbəsində vurğulayıb ki, ən uyğun zamanda bölgənin ən vacib məsələləri barəsində fikir mübadiləsi aparmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR