Mirzə Şəfi Vazehlə bağlı sayt hazırlanıb

Mirzə Şəfi Vazehlə bağlı sayt hazırlanıb
# 14 may 2014 10:34 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mirzə Şəfi Vazehin həyat və yaradıcılığını əks etdirən veb-sayt hazırlanıb. APA-nın xəbərinə görə, “3w.mirzashafi.az” saytı 7 bölmədən ibarət olacaq. Saytda M. Ş. Vazehin həyat və yaradıcılığı, hikmətli sözləri, xələfləri və sələfləri haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sayta daxil olmaqla şairin yaratdığı “Divani hikmət” məclisi haqqında məlumat əldə etmək mümkün olacaq.

Musiqi bölməsində M. Ş. Vazehin şeirlərinə bəstələnmiş musiqilərin notları yerləşdiriləcək. Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin yaratdığı sayt Azərbaycan, ingilis, fransız və alman dillərində fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR