Azərbaycanda metro stansiyalarının çıxışları yaşayış binalarının altında tikilə bilər

Azərbaycanda metro stansiyalarının çıxışları yaşayış binalarının altında tikilə bilər
# 30 sentyabr 2013 08:27 (UTC +04:00)

Artıq bununla bağlı təkliflər var və Bakı Metropoliteninin mütəxəssisləri bunun reallaşdırılmasını mümkün sayırlar. Bunu «APA-Economics»ə açıqlamasında Metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov bildirib.

Onun sözlərinə görə, bu, xüsusən yeni stansiyaların tikintisi zamanı daha asan həyata keçirilə bilər: «Çünki artıq tikinti işləri aparılan zaman yeni binaların yükü elə hesablanır, elə tikilir ki, onların yükü metropoliten stansiyalarının üzərinə düşmür. Ona görə də layihələndiriləcək gələcək metro çıxışlarını bu cür inşa etmək olar. Məsələn, «Sahil» metro stansiyasının çıxışı bu baxımdan çox düzgün qurulub. Belə çıxışlar digər yerlərdə də var. Hətta köhnə binaların birinci mərtəbəsindən çıxan metro stansiyaları olub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR