Mingəçevirdə uşaq ölü doğulub, ana koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib - FOTO - VİDEO

Mingəçevirdə uşaq ölü doğulub, ana koma vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 27 dekabr 2013 19:12 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevir şəhərində daha bir uşaq doğuş zamanı dünyasını dəyişib. APA-nın məlumatına görə, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Oğlan övladını dünyaya gətirmək üçün xəstəxanaya yerləşdirilən Mingəçevir şəhər sakini, 1979-cu il təvəllüdlü Ocaqverdiyeva Esmira Yadulla qızının vəziyyəti doğuş zamanı qəflətən pisləşib və o, koma vəziyyətinə düşüb. Uşaq ölü doğulub, vəziyyəti ağır olan ana isə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşağın doğuşdan əvvəl, yəni ana bətnində öldüyünü, xəstənin yaxın qohumları isə uşağın ölümünü və ananın koma vəziyyətinə düşməsini həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR