Noyabrda Azərbaycanda 3,6 milyon kvadrat metr ərazi minalardan təmizlənib

Noyabrda Azərbaycanda 3,6 milyon kvadrat metr ərazi minalardan təmizlənib
# 06 dekabr 2013 13:03 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Noyabr ayı ərzində Azərbaycanda 3 623 150 kvadrat metr ərazi yoxlanılaraq mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar nəticəsində 300 PHS, 14 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ötən ay 1 mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, habelə 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək ümumilikdə 243 833 346 kvadrat metr ərazi təmizlənib. Həmin ərazilərdən 687 750 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə, Lənkəran və Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR