İranda biri qadın olmaqla 3 nəfər edam edilib

İranda biri qadın olmaqla 3 nəfər edam edilib
# 12 may 2014 09:50 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 3 nəfər edam edilib. APA-nın istinadən verdiyi məlumata görə, məhbuslardan biri qəsdən adam öldürməkdə günahlandırılaraq İranın Əlborz vilayətində, digər ikisi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq Sistan və Bəlucistan vilayətində dara çəkilib.

Onlardan biri Behcət adlı qadındır və həyat yoldaşını qətlə yetirdiyinə görə ölüm cəzası alıb. Digər məhbuslar isə Yaqub İshaqzahi və Xudanur Dervanpurdur. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra mayın 10-da səhər saatlarında Kərəc şəhərinin Rəcayişəhr zindanında və Zahidan şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR