Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdədir

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Braziliyada işgüzar səfərdədir
# 29 aprel 2014 06:51 (UTC +04:00)

Bakı - APA. Braziliya Federativ Respublikasının Müdafiə Nazirliyinin rəsmi dəvəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti aprelin 28-29-da bu ölkədə işgüzar səfərdə olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi sahədə əlaqələrin yaradılması, hərbi əməkdaşlığın istiqamətləri və perspektivlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR