“Unibank”da pul köçürmələrinin həcmi artıb

“Unibank”da pul köçürmələrinin həcmi artıb
# 22 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Nail Hüseynli - APA-Economics. Bu ilin əvvəlindən indiyədək “Unibank”da pul köçürmələrinin həcmi 52%-ə yaxın artıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, ötən müddətdə “Unibank”da ən çox pul köçürmələri “Zolotaya Korona”, “Contact” və “Monex” təcili pulköçürmə xidmətləri vasitəsilə aparılıb.

Hazırda “Unibank” “Contact”, “Western Union”, "Faster", "Xpress Money", "Migom", “LİDER”, “Zolotaya korona”, "BLİZKO", “Coinstar”, “PrivatMoney” pulköçürmə sistemləri ilə əməkdaşlıq edir. Bundan əlavə, “Unibank” yerli “Monex” təcili pulköçürmə sisteminə də qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR