Yevlaxda fermerlərə yeni traktorlar paylanıb - FOTO

Yevlaxda fermerlərə yeni traktorlar paylanıb - <span style="color: red;">FOTO
# 08 aprel 2014 13:59 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin Yevlax Aqroservis filialına gətirilən Gəncə avtomobil zavodunda yığılmış “Belarus” tipli “MTZ” markalı traktorlara baxış keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir əvvəlcə Yevlax Aqroservis filialında yaradılmış təlim-tədris mərkəzi, təmir emalatxanası, anbarlar və yeni texnikalarla tanış olub. Məlumat verilib ki, Yevlax Aqroservis filialı yenidən qurulub, daxilində təlim-tədris mərkəzi və müasir təmir emalatxanası yaradılıb. Tədris mərkəzində 226 nəfərə mexanizatora texnikaların idarə olunması üçün təlimlər keçirilib.

Sonra respublikanın rayonlarından gəlmiş fermer və sahibkarlara traktorların sənədlərini təqdim edib.

Fermer və sahibkarlar qarşısında çıxış edən H. Əsədov ölkə başçısının aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğını vurğulayaraq bildirib ki, Aqroservis filialına gətirilmiş 108 ədəd MTZ markalı traktordan 70-i qeydiyyat nişanı və texniki sənədləri ilə birlikdə lizinq yolu ilə fermer və sahibkarlara təqdim edilib.

Nazir sonra “Azərtoxum” MMC-nin iş fəaliyyəti ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR