“Nar Mobile”ın əməkdaşı dünya kubokunun sahibi olub - FOTO

“Nar Mobile”ın əməkdaşı dünya kubokunun sahibi olub - <span style="color: red;">FOTO
# 10 iyun 2014 13:28 (UTC +04:00)

Bakı. APA-Economics. “Nar Mobile” ailəsi daha bir uğura imza atıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, mobil operatorun biznes prosesləri üzrə baş mütəxəssisi Aqşin İsmayılov 27 may–1 iyun 2014-cü il tarixləri arasında Rusiyanın Soçi şəhərində keçirilən Ağırlıqqaldırma üzrə dünya kuboku yarışlarında yüksək nəticə göstərib.

Ağırlıqqaldırmanın “Bench Press” növü üzrə keçirilən yarışlarda çıxış edən A.İsmayılov mütləq çəki dərəcəsində 2-ci yerə layiq görülüb, 82,5 kq-lıq çəki dərəcəsində isə 220 kq nəticə ilə 1-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR