Şəmkirdə antisanitar vəziyyətdə fəaliyyət göstərən çörək sexi bağlanıb - VİDEO

Şəmkirdə antisanitar vəziyyətdə fəaliyyət göstərən çörək sexi bağlanıb - <span style="color: red;">VİDEO
# 08 noyabr 2013 16:39 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsi tərəfindən Şəmkir rayonunda reyd keçirilib.

APA-nın qərb bürosunun məlumatına görə, reyd çərçivəsində rayonda çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan qanunsuz sex aşkarlanıb.

Rayonun Hüseyn Cavid küçəsində yerləşən “Qaqalar” MMC-yə məxsus çörəkbişirmə sexində reyd zamanı xeyli sayda nöqsanlar aşkarlanıb. Aparılan yoxlamalarda sexdə çörəyin bişirilməsində mənşəyi məlum olmayan sudan, duzdan, mayadan, yağlardan və müxtəlif qatqılardan istifadə olunduğu üzə çıxıb. Bundan başqa, istehsalatda xəmirin kustar üsullardan istifadə olunaraq antisanitar şəraitdə yoğrulması və çörək bişirilməsi halları da aşkarlanıb. Mütəxəssislər belə çörəklərin insan sağlamlığına mənfi təsir göstərdiyini bildirir. Həmçinin sexdə istismar müddəti başa çatmış avadanlıqlarla çörək bişirildiyi də məlum olub. Sexin sahibi aşkarlanan qayda pozuntuları ilə razılaşmayıb.

Komitənin əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji təlimat və resepturasız fəaliyyət göstərir. Müəssisədə istehsal olunan məhsulların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunması da ortaya çıxıb.

Müsahib bildirib ki, aşkar olunan nöqsanlara görə, istehsal sahibinə cərimə sanksiyası tətbiq olunub və sexin fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR