Gürcüstandan Azərbaycana dərman ixracı 25% azalıb

Gürcüstandan Azərbaycana dərman ixracı 25% azalıb
# 03 iyul 2014 10:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 15 708,3 min ABŞ dolları olan 6 090,2 ton diri iribuynuzlu heyvan ixrac olunub.

APA-Economics”in Gürcüstan Statistika Xidmətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7% azdır.

Xatırladaq ki, 2013-cü ilin yanvar-may aylarında qonşu ölkədən Azərbaycana ümumi dəyəri 16 835,2 min dollar olan 6 553,9 min ton diri iri buynuzlu heyvan gətirilib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ümumi dəyəri 10 832,3 min dollar olan 367,5 ton dərman məmulatları gətirilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 1 227 ton və ya 25% azdır.

Qeyd edək ki, ötən ilin yanvar-may ayları ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 7 675,2 min dollar olan 490,2 ton dərman məmulatları ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR