İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
# 22 noyabr 2013 20:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif Əhməd Davudoğlu ilə İranla “altılıq” ölkələri arasında Cenevrədə aparılan nüvə müzakirələri ilə bağlı fikir mübadiləsi aparıb. Eyni zamanda Ə.Davudoğlu iranlı həmkarına İranın Livandakı səfirliyinə hücum nəticəsində diplomatik korpusun personalından iki nəfərin həlak olması ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri noyabrın 25-də İrana səfər edəcək. Ə. Davudoğlu səfər çərçivəsində iranlı həmkarı Məhəmməd Cavad Zəriflə ikitərəfli əlaqələrin inkişafı, mühüm regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Türkiyənin xarici işlər nazirinin noyabrın 24-26-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının XXI iclasında iştirakı da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR