Məhəbbət Kazımov vəfat edib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Məhəbbət Kazımov vəfat edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 27 yanvar 2014 09:16 (UTC +04:00)

Mərhumun həmkarı Baloğlan Əşrəfov APA-ya bildirib ki, əməkdar artist bu gün səhər saat 11.00 radələrində dünyasını dəyişib.

Xanəndənin səhər saatlarında ağrıları başlayıb. Təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Kazımovu xilas etmək mümkün olmayıb.

B. Əşrəfov bildirib ki, M. Kazımov kəskin ürək ağrılarından və təzyiqdən əziyyət çəkirmiş.

Möhübbət Allahverdi oğlu Kazımov (Məhəbbət Kazımov) 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edib. “Dan Ulduzu”" ansamblının solisti olub. Bir çox xarici ölkədə - Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və digər ölkələrdə qastrol səfərlərində olub. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri “Laçınım” mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülüb.

M. Kazımov “Laçın” instrumental ansamblının rəhbəri olub. 1990-cı ildə ailə qurub, üç övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR