Xaçmazda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Xaçmazda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - <span style="color: red;">VİDEO
# 16 yanvar 2014 11:36 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz satışı və qəbulu ilə məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, Xaçmaz rayonu, Müqtədir qəsəbə sakini, 1988-ci il təvəllüdlü Siracov Elmar Nəcməddin oğlu qurudulmuş marixuananı satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Onun üzərinə baxış keçirilərkən şəxsi istehlak miqdarında artıq qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR